•  +994 50 359 69 75
  • mediaservis.az@gmail.com
Sosial şəbəkələrdə:
Husilər BMT əməkdaşlarını girov götürüblər

Yəmənin şimalında hakim olan "Ənsar Allah" (husilər) hərəkatı BMT əməkdaşlarının daha bir qrupunu oğurlayıb.

Bu barədə BMT-nin bu gün verdiyi bəyanatda bildirilib.

Məlumata görə, onlar husilərin nəzarətində olan ərazilərdə işləyiblər. Təşkilatın ələ keçirilmiş nümayəndələrinin dəqiq sayı açıqlanmır.

"BMT-nin Yəməndəki əməkdaşları husi rəhbərliyi ilə fəal əməkdaşlıq edərək bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirlər", - bəyanatda qeyd olunub.

Husilər sözügedən məsələyə münasibət bildirməyiblər.

Bizə yazın