•  +994 50 359 69 75
  • mediaservis.az@gmail.com
Sosial şəbəkələrdə:
Tramp: Ukrayna üzrə danışıqlar mühüm mərhələyə daxil olur

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda Con Kennedi adına İfa Sənəti Mərkəzinə səfəri zamanı deyib ki, Ukraynada münaqişənin nizamlanması üzrə danışıqlar mühüm mərhələyə daxil olur.

Amerika lideri rusiyalı həmkarı Vladimir Putinlə “çox vacib telefon danışığı” aparacağını bildirib.

“Telefon danışıqlarımız olub, lakin kritik mərhələyə çatırıq. Biz Rusiya və Ukrayna ilə bütün bu vəziyyətin həllini tapmaq istəyirik. Ukrayna üzrə yekun razılaşmanın bir çox elementləri artıq razılaşdırılıb, lakin hələ çox işlər görülməlidir”, - ABŞ prezidenti bildirib.

Tramp həmçinin, Rusiyanın Ukraynada 30 günlük atəşkəslə razılaşacağına əminliyini ifadə edib.

“Onlar (Rusiya - Qeyd bunu edəcəklər”, - deyə siyasətçi jurnalistin məsələ ilə bağlı sualına cavab verib.

Bizə yazın