•  Az: (+994 50) 359 69 75, Рус: (+994 55) 870 29 59
  • mediaservis.az@gmail.com
Sosial şəbəkələrdə:
Uçuşa qorxu yaradan raketin buraxılmasına görə cərimələr 100 dəfəyədək artırılır

Lazımi icazə olmadan uçuş təhlükəsizliyi üçün qorxu yarada bilən hər cür atəşə, raketin buraxılmasına, partlayış işlərinə və digər belə işlərin görülməsinə görə cərimələr 100 dəfəyə qədər artırılır.
 
Mediaservis.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
 
Layihəyə əsasən, lazımi icazə olmadan uçuş təhlükəsizliyi üçün qorxu yarada bilən hər cür atəşə, raketin buraxılmasına, partlayış işlərinə və digər işlərin görülməsinə görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə ediləcək.
 
Qüvvədə olan Məcəlləyə əsasən, bu inzibati xəta üçün yüz manat məbləğində cərimə tətbiq edilir.
 
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Bizə yazın