•  Az: (+994 50) 359 69 75, Рус: (+994 55) 870 29 59
  • mediaservis.az@gmail.com
Sosial şəbəkələrdə:
“İstehlakçı hüquqları” ilə bağlı fotomüsabiqənin qalibləri mükafatlandırılıb - FOTO

İstehlakçıların hüquqlarının qorunması sahəsində fəallığın və təşəbbüskarlığın dəstəklənməsi məqsədilə keçirilən fotomüsabiqəyə təqdim edilən fotolarda istehlakçı hüquqlarına fərqli və yaradıcı yanaşma əsas tələblərdən biri kimi müəyyən edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “İstehlakçı hüquqları” mövzusunda fotomüsabiqə qaliblərinin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib.

Bu barədə Mediaservis.az-a Dövlət Agentliyindən  bildirilib.

Qeyd edilib ki, iştirakçılar müsabiqənin şərtlərinə uyğun olaraq ticarət və ictimai iaşə obyektlərində mal, iş və ya xidmətləri alarkən yaradıcı fotolar çəkərək müsabiqəyə təqdim ediblər. Kreativ iqtisadiyyatın təmsilçiləri (media, marketinq, mədəniyyət və incəsənət sahələrindən olan mütəxəssislər), fotoqraf, o cümlədən sahə üzrə ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən müsabiqəyə təqdim edilən fotolar dəyərləndirilib və qaliblər müəyyənləşdirilib.

Müsabiqə iştirakçıları arasından seçilmiş ilk üç yerin sahibi sertifikatla təltif olunub, onlara həvəsləndirici hədiyyələr təqdim edilib.

Qeyd edək ki, “Facebook” sosial şəbəkəsi üzərindən “#İstehlakçıyamHüququmVar” şüarı ilə keçirilən fotomüsabiqə istehlakçıların öz hüquqlarının müdafiəsinə daha çox əhəmiyyət verməsinə çağırışın edilməsi və bu sahədə ictimai məlumatlılığın artırılması məqsədilə təşkil edilib.

Bizə yazın