Techera Academy MMC-də rəhbərlik strukturunda yeni təyinat həyata keçirilib.
Akademiyanın yeni direktoru vəzifəsinə təhsil və layihələrin idarəedilməsi sahəsində 15 ildən artıq təcrübəyə malik olan Ramil İsmayılov təyin olunub.
Ramil İsmayılov uzun illər ərzində təhsilin idarəedilməsi, tədbirlərin təşkili və irimiqyaslı layihələrin planlaşdırılması və icrası sahəsində uğurlu fəaliyyət göstərmişdir. O, müxtəlif təlim proqramlarının inkişafı, innovativ təhsil yanaşmalarının tətbiqi və effektiv layihə menecmenti üzrə geniş təcrübəyə sahibdir.
Yeni direktorun təyinatı ilə Techera Academy MMC-nin fəaliyyətinin daha da sistemli və strateji şəkildə genişləndirilməsi, xüsusilə regional inkişaf proqramlarının, peşəkar kadr hazırlığının və sosial təşəbbüslərin daha dinamik şəkildə həyata keçirilməsi hədəflənir.
Qeyd etmək istərdik ki, Techera Academy MMC – Azərbaycan Respublikasının bütün regionlarında kadr hazırlığı, sosial, biznes və təhsil layihələri həyata keçirən ən böyük təhsil mərkəzlərindən biridir.
Yeni rəhbərliyin təcrübəsi və yanaşması ilə Techera Academy-nin gələcək inkişaf mərhələsinə daha güclü və sistematik addım atacağına inanırıq.
Ətraflı məlumat üçün: techera.az
Bizə yazın