•  Az: (+994 50) 359 69 75, Рус: (+994 55) 870 29 59
  • mediaservis.az@gmail.com
Sosial şəbəkələrdə:
Hakan Fidan: Suriya məsələsində Azərbaycanın göstərdiyi dəstək yüksək qiymətləndirilir

Suriya məsələsində Azərbaycanın göstərdiyi hər cür dəstək yüksək qiymətləndirilir.

Mediaservis.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Formu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Suriyanın yenidən qurulması, inkişafı, iqtisadiyyatı, təhlükəsizliyi istiqamətində görülən işlər davam edir.

"Bu məsələdə Azərbaycanın göstərdiyi hər cür dəstək yüksək qiymətləndirilir. Türkiyə olaraq bu məsələdə siyasəti koordinasiyalı şəkildə izləyirik. Hər ortamda söylədiyimiz kimi, bu gün Azərbaycanla Türkiyə arasında təkcə qardaşlıq münasibətləri deyil, həm də dövlət qurumları arasında son dərəcədə professional işbirliyi var", - H.Fidan vurğulayıb.

Bizə yazın