•  Az: (+994 50) 359 69 75, Рус: (+994 55) 870 29 59
  • mediaservis.az@gmail.com
Sosial şəbəkələrdə:
Ankarada tarixçilər ermənilərin keçən əsrdə türklərə qarşı törətdiyi vəhşilikləri müzakirə ediblər - FOTO

Aprelin 17-də Ankarada Türkiyə Tarix Qurumunda (TTQ) “XX əsrdə Ermənilərin Cənubi Qafqazda və Anadoluda türklərə qarşı törətdiyi zülm” ilə bağlı panel keçirilib. 
Tədbir Azərbaycanın Türkiyədəki Səfirliyinin və TTQ-nin təşkilatçılığı ilə baş tutub. 
 
Öncə qurumun yaranma tarixi ilə bağlı film nümayiş olunub.
 
TTQ-nin sədri, professor Yüksel Özgen əsrin əvvəllərində törədilən erməni vəhşiliyinə toxunaraq, “onlar sadəcə osmanlı əsgərlərini deyil, qadın, yaşlı, uşaq demədən vətəndaşları da qətlə yetirib, Ərzurum, Kars, Van, İqdır və çevrəsində türk kəndləri xarabalığa çeviriblər. Erməni qruplaşmaları eyni vəhşilikləri Qafqazda azərbaycanlı qardaşlarımıza qarşı da törədərək, bölgəni ermənləşdrməyə çalışmışdılar”, deyə, bildirib. 
 
Yüksel Özgen bu hadisələrin Osmanlı arxivlərdəki sənədlərdə də öz əksini tapdığını deyib: “Məqsəd Böyük Ermənistan xəyalını gerçəkləşdirmək olub”. 
 
Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri dr.Rəşad Məmmədov çıxış edərək deyib ki, ermənilər böyük dövlətlər tərəfindən məqsədli şəkildə istifadə olunub və nəticədə onlar Türkiyə və Azərbaycan torpaqlarına köçürülüblər: “Öncə Osmanlı dövlətini dağıtmaq üçün istifadə olunan ermənilər indi isə Türk dövlətlərinə qarşı istifadə edilir.  Paşinyanın özü də deyir ki, Türkiyə NATO-ya daxil olduqdan sonra Sovet ittifaqı ermənilərlə türkləri daha da düşmənləşdirdi”.  Ermənilərin Azərbaycana qarşı düşmən münasibətinin   yeni dövrdə də davam etdiyini deyən səfir, 90-cı illərdə baş verən hadisələrdən, Qarabağ müharibələrindən  bəhs edib. R.Məmmədov, günümüzdə davam edən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına və bölgənin stabilliyi naminə sülh müqaviləsinin vacibliyinə toxunub.  
Səfir ermənicə bildiyini və erməni mətbuatını  yaxından izlədiyini diqqətə çatdıraraq deyib ki, Ermənistanda da Azərbaycanla həmfikir olanlar var: “Biz Ermənistandakı yeni nəsli də düzgün məlumatlandırmaq üçün fəaliyyətlər həyata keçirməliyik”.
Panel professor Hikmet Özdemirin rəhbərliyi ilə professor İbrahim Ethem Etnur, professor Toğrul İsmayıl, professor Mehmet Akif Okur, dosent Ramin Sadığın çıxışları ilə baş tutub.
Hikmet Özdemir də R.Məmmədovun təklifinə həmfikir olduğunu qeyd edərək, yeni nəslə tarixi həqiqətlərin öyrədilməsinin vacibliyini bildirib: “Eyni zamanda bu mövzuda dərs kitabları da yazılmalıdır.”
 
Professor İbrahim Ethem Atnur, “Yaddaşlarda yaşayan vəhşilik və erməni qruplarının türklərə qarşı qəddarlığı”, mövzusunda çıxış edib: “Ermənilər bölgədə ciddi qətliamalar törədiblər. Müsəlman qurban sevər deyə onların başlarını kəsib toplu şəkildə basdırıblar. Əhali öz torpaqlarından getsin deyə, onları ən çox da camilərdə yandırıblar. Rəsm məlumatlara görə, bölgədə 522 min adam qətlə yetirilib.  Kütləvi erməni ölümlərinin əsas səbəbi isə yoluxucu xəstəlikləri olub. Türklər də erməni vəhşiliyindən əlavə, bu kütləvi yoluxucu xəstəliyə məruz qalıb”. İbrahim Ethem onu da vurğulayıb ki, erməni vəhşiliyi nəticəsində xeyli kütləvi məzarlar ortaya çıxıb: “Bu mövzuda məlumatları gənclərimizə öyrətmək lazımdır. Çünki onlarda məlumat əskikliyi var”. 
 
Professor Toğrul İsmayıl XX əsrdə Cənubi Qafqazda ermənilərin törədikləri qətliamlar və bunun günümüzdə səbəb və nəticələr mövzusunda çıxış edib. O bildirib k, erməni qətliamlarını sadəcə 1914-1915-ci ilə məhdudlaşdırmaq doğru deyil: “Ədirnə müqaviləsindən (1829) sonra bölgədə etnik tarazıq dəyişdi, erməni məsələsi üzərində oyunlar başladı. ”1829-1914-cü ildə bölgəyə xeyli sayda erməni yerləşdirilb. Azərbaycanda ilk erməni qətliamları 1905-1906-cı illərdə olub. Bir sonrakı kütləvi qırğınlar 1915-1918-ci illərdə olub. Məqsəd bölgənin türksüzləşdirilməsi idi”. 
T. İsmayıl, sonda Qərbi Azərbaycanlıların öz yurdlarına qayıtmaq məsələsinə toxunaraq deyib ki, Azərbaycan dövlətinin bu mövzuda da tələbləri ədalətlidir.  
 
“Beynəlxalq münasibətlərdə geri qayıtmaq hüququ və zorla köçürülmüş Azərbaycan türkləri” mövzusunda çıxış edən Professor Mehmet Akif Okur ata-baba yurdlarından didərgin düşən azərbaycanlıların beynəlxalq hüququn tələbləri çərçivəsində onların öz torpaqlarına qayıtmaq haqqından bəhs edib.
 
Dosent Ramin Sadıq isə 1918-ci ilin  mart-aprel aylarında ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı ilə bağlı danışıb. O bildirib ki, təkcə 31 mart 2 aprel soyqırımında 60 mindən çox, Azərbaycan Türkü qətlə yetirilib.



Bizə yazın