•  +994 50 359 69 75
  • mediaservis.az@gmail.com
Sosial şəbəkələrdə:
Sursat anbarında partlayış: 13 hərbçi itkin düşüb

Kubada silah-sursat anbarında partlayışlar baş verib, 13 hərbçi itkin düşmüş hesab olunur.

Bu barədə Kubanın İnqilabi Silahlı Qüvvələr Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin cənub-şərqində yerləşən Olgin əyalətində baş verib.

"Olgin əyalətinin Rafael Freire bələdiyyəsində silah-sursat anbarında baş verən partlayışlar nəticəsində hərbçilər itkin düşüb", - məlumatda qeyd olunub.

Nazirlik baş verənlərin səbəblərini, eləcə də yaralananların və ya ölənlərin sayını açıqlamayıb.

Bizə yazın