SUALCAVAB platforması MATHRIX-2026 müsabiqəsində təşkilatçı heyətdə yer alıb.
Xpress.az xəbər verir ki, fəaliyyətinə bu il başlanılan müsabiqənin əsas məqsədi ölkəmizdə bu istiqamətdə istedadların aşkarlanmasına töhfə vermək və onların ictimaiyyətə təqdim olunmasını təmin etməkdir.
Riyaziyyat və informatika müəllimləri üçün nəzərdə tutulan və könüllü sosial layihə olan MATHRIX-2026 müsabiqəsinin hər il keçirilməsi planlaşdırılır.
Bu yarış, eyni zamanda, müəllimlərimizə nəzəri biliklərini, praktik bacarıqlarını və analitik düşünmə qabiliyyətlərini real mühitdə nümayiş etdirmək imkanı yaradacaq.
Bu il müsabiqə Xəzər Universitetinin 35 illik yubileyi münasibətilə məhz bu ali təhsil müəssisəsində təşkil olunacaq. Yarış universitetin məkan dəstəyi ilə həyata keçiriləcək. Müsabiqənin I mərhələsi (online) 25 aprel, saat 10:00-da start götürəcək. 2 may tarixində planlaşdırılan final mərhələsinin isə Xəzər Universitetində əyani təşkil olunması planlaşdırılır. Yüksək nəticə əldə edən iştirakçılar süni intellekt kurslarına və ingilis dili proqramlarına xüsusi endirimlər qazanacaqlar.
SUALCAVAB MATHRIX-2026 komandasına, təşkilati heyətə və bütün iştirakçılara uğurlar arzulayır və bu təşəbbüsün müəllimlərin peşəkar inkişafına mühüm töhfə verəcəyinə inanır.
Müsabiqədə iştirak etmək istəyənlər SUALCAVAB platformasına müraciət edə bilərlər – namizədlər aidiyyəti istiqamətə yönləndiriləcək.
WhatsApp: 0105268279
Instagram: onlayn_sualcavab
#asansinaq #onlaynsinaq #sualcavab #onlayn_sualcavab #onlaynsınaqplatforması



Bizə yazın