•  +994 50 359 69 75
  • mediaservis.az@gmail.com
Sosial şəbəkələrdə:
Report Media Məktəbində təlim - Elgün Mənsimov təcrübəsini bölüşüb- FOTO

"MediaServis" MMC-nin təsisçisi, jurnalist Elgün Mənsimov aprelin 14-də Report Media Məktəbinin iştirakçılarına "Rəqəmsal Təhlükəsizlik" və "Süni intellekt alətləri" mövzularında təlim keçib.

Təlimdə jurnalist fəaliyyəti zamanı rəqəmsal təhlükəsizliyin təmin olunmasının vacibliyi vurğulanıb, mövzuya dair ətraflı bilgilər verilib. Eyni zamanda, süni intellekt alətləri və onlardan istifadəyə dair təqdimat edilib.

Təlim çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda təlimdə verilən bilgilər əsasında test tapşırığı yerinə yetirilib və iştirakçıların bilik səviyyəsi qiymətləndirilib.



Bizə yazın