•  +994 50 359 69 75
  • mediaservis.az@gmail.com
Sosial şəbəkələrdə:
Azərbaycan və Malayziya akademik bağları möhkəmləndirir - Rektorlar Bakıda görüşəcək

26 aprel 2025-ci il tarixində Azərbaycan və Malayziya universitet rektorları, akademik heyət və təhsil nazirlikləri nümayəndələri Bakıda MAEF2025 tədbirində toplaşacaqlar.

Mediaservis.az xəbər verir ki, tədbirin əsas məqsədi iki ölkənin akademik heyəti, tələbələri arasında mübadilə və qarşılıqlı öyrənmədir.

Tədbirdə Malayziyanın Ali Təhsil Nazirliyinin xüsusi müşaviri Datuk Ahmad Shalimin Ahmad Shaffie, dünya reytinqlərində öncül yerləri tutan UTM, Sunway o cümlədən, IIUM, UniKL, University College Sabah Foundation kimi universitetlərin rəhbər və professor heyəti, Azərbaycan Təhsil Nazirliyinin nümayəndələri, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi, Turizm və Menecment Universiteti, Qarabağ Universiteti, Azərbaycan İlahiyyat İnstitutu, Bakı Avrasiya Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Dövlət Pedoqoji Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Bakı Mühəndislik Universitetinin rektor və rəhbər heyəti iştirak edəcək.

Rektorların görüşü zamanı qloballaşan dünyanın tələbi kimi xaricdə təhsil proqramları, bu sahəyə dövlət qayğısı, iki ölkə arasında akademik münasibətlər və tələbə mübadiləsi üçün atılmış addımlar və müsbət təcrübə, eyni zamanda, gələcəkdə qarşılıqlı öyrənmə, akademik əməkdaşlıq və mübadilə üçün zəruri addımlar müzakirə ediləcək.

Qeyd edək ki, təhsil Azərbaycan və Malayziya arasında əsas strateji tərəfdaşlıq istiqamətlərindən biridir.

Rektorların görüşündən sonra Malayziyada Təhsil Sərgisi baş tutacaqdır. Sərgi zamanı tələbələr Malayziyada 100%-lik təqaüdlə təhsil imkanları ilə tanış ola biləcəklər.

Regional təhsil qovşağı olan Malayziya dünyanın 150-dən çox ölkəsindən olan tələbələrin ali təhsil üçün seçimidir. 2022-ci ildən etibarən azərbaycanlı tələbələr də təhsilin keyfiyyəti və praktikliyi, eyni zamanda əlçatanlılığı səbəbi ilə Malayziyada təhsil seçiminə üstünlük verirlər. 

Qeyd edək ki, Malayziya həm də dünyanın ən təhlükəsiz 10-cu ölkəsidir.

Bizə yazın