Filippinin Ankaradakı Səfirliyinin ev sahibliyi ilə "Arbitrajın üzləri" adlı foto sərgisi keçirilib.
Mediaservis.az xəbər verir ki, Cənubi Çin Dənizi mübahisəsinin Arbitraj Qərarının 9-cu ildönümü ilə bağlı keçirilən sərginin açılış mərasimində Ankaradakı diplomatik nümayəndələr və çoxsaylı qonaqlar iştirak edib.
Filippinin Türkiyə, Azərbaycan və Gürcüstan üzrə səfiri Henri Jr. Bensurton (Henry Bensurto) çıxış edərək bildirib ki, Cənubi Çin dənizi ilə bağlı beynəlxalq məhkəmə qərarı onları qürurlandırır.
Bensurto, bu sənədin qanunun aliliyi üçün mərkəzi olduğunu və bölgədə gərginliyin azaldılmasında yüksək rol oynadığını bildirib.
Səfirin çıxışından sonra bu məsələdə müsbət rol oynayan rəsmilər “Arbitrajın üzləri” adlı foto sərgi ilə təqdim olunub.
Qeyd edək ki, Çin Cənubi Çin dənizinin 80 faizindən çoxunun suverenliyini iddia edir. Filippin, Vyetnam, Bruney, Tayvan, Malayziya kimi qonşu sahil ölkələri də bölgədə hüquqlarını tələb edir və bölgədə zamanla gərginliklər yaşanır.
Birləşmiş Millətlər Təşkilatının Dəniz Hüququ Konvensiyasına VII Əlavəyə əsasən Hollandiyanın Haaqa Daimi Arbitraj Məhkəməsi 2016-cı ildə Filippinin iddiası üzrə Çinin birtərəfli suverenlik iddialarının qanunsuz olduğuna qərar verib.
Sevil

Bizə yazın