Azərbaycanda qeyri-adi və kədərli hadisə yaşanıb.
Mediaservis.az xəbər verir ki, 27 il övlad sahibi ola bilməyən cütlük uzman doktor Emin Haqverdiyevə müraciət edib.
Cütlük doktorun icra etdiyi süni mayalanmadan sonra hamiləlik xəbərini alıb. Ailə bu xəbəri yaxınları ilə bölüşüb. 27 il sonra qızının ana olacağını öyrənən qadın o qədər həyəcanlanıb ki, ürəyi buna tab gətirməyib. O, həyatını itirib.
Həkim Emin Haqverdiyev ailələrə təmkinli olmağı, sevincli xəbərləri belə yaxınları ilə sakit şəkildə bölüşməyi məsləhət görüb.
Qeyd edək ki, hadisə Tərtər rayonunda baş verib.

Bizə yazın