•  +994 50 359 69 75
  • mediaservis.az@gmail.com
Sosial şəbəkələrdə:
MediaServis 1 yaşını qeyd edir

Bu gün MediaServis - Media Xidmətləri onlayn platformasının 1 yaşı tamam olur

"MediaServis" MMC rəsmi internet ünvanı www.mediaservis.az saytı vasitəsilə məhz 6 sentyabr 2024-cü ildə fəaliyyətə başlayıb.

Sayt üç dildə - Azərbaycan, rus və ingilis dillərində yayımlanır.

Platforma üzərindən Azərbaycanda media sahəsinə aid xidmətlər həyata keçirilir.

Şirkətin təsisçisi, jurnalist Elgün Mənsimovun sözlərinə görə, bu birillik fəaliyyət əslində bir sınaq dövrü idi:

"Çünki təqdim etdiyimiz layihə Azərbaycanda bir ilkdir. Tərəfimizdən göstərilən bir sıra xidmətlər və onların təqdimat forması Azərbaycan mediası üçün unikaldır. Düzdür, mediamız hələlik dünyada gedən proseslərə tam adaptasiya olmayıb, bəzi yeniliklərə açıq deyil. Amma əminəm ki, bizim platforma yerli mediaya yenilik gətirir və gətirməkdə davam edəcək. Ötən bir il ərzində göstərdiyimiz xidmətlərlə bağlı müraciətlər əsasında bir növ cəmiyyətin marağını test etdik. Bu, bizim üçün bir sınaq dövrü oldu. Nələri təkmilləşdirməliyik, əlavə nələr etməliyik deyə, artıq qarşımızda konkret hədəflər var".

E.Mənsimov, həmçinin jurnalistlər, media orqanları və onların rəhbərlərini fəal əməkdaşlığa dəvət edib. Bildirib ki, təqdim olunan platformada onların da faydalana biləcəyi xidmətlər var.

Bizə yazın