5 oktyabr 2025-ci il tarixində Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) təşkilatçılığı ilə Ümumrespublika Təhsil İşçilərinin Həmrəyliyi Forumu keçirilib. Tədbirdə rəsmilər, təhsil ekspertləri, QHT rəhbərləri, müxtəlif bölgələrdən olan müəllimlər və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Forumun açılışında TİHA-nın sədri Əmrah Həsənli çıxış edərək tədbir iştirakçılarını Müəllimlər Günü münasibətilə təbrik edib. O, çıxışında Prezident cənab İlham Əliyevin təhsil sahəsində həyata keçirdiyi ardıcıl islahatların Azərbaycan təhsil sisteminin inkişafında mühüm rol oynadığını vurğulayıb, eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə, uşaqlara və müəllimlərin rifahına göstərdiyi diqqət və qayğının xüsusi önəm daşıdığını qeyd edib.
Forumda Milli Məclisin deputatı Ceyhun Məmmədov da çıxış edərək müəllim peşəsinin dövlət siyasətində prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Millət vəkili ölkədə təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və müəllim nüfuzunun artırılması istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.
Tədbirdə tanınmış sənətçilərin çıxışları, musiqi nömrələri də yer alıb.
Forum Azərbaycan müəlliminin zəhmətinə, fədakarlığına və həmrəyliyinə dərin hörmətin təcəssümü olaraq musiqili proqramla yekunlaşıb.

Bizə yazın