Antalya Belek Universiteti səhiyyə və texnologiya sahələrini bir araya gətirən mühüm tədbirə ev sahibliyi edib.
Mediaservis.az xəbər verir ki, “Səhiyyədə Süni İntellekt” mövzusunda keçirilən konfransda çıxış edən professor Dr. Erkan Kaplanoğlu, texnologiyanın səhiyyə sahəsindəki çevik və dönüştürücü təsirindən danışıb.
Tədbirdə Antalya Belek Universitetinin Mütevelli Heyəti sədr müavini İlker Tuncay, Rektor adından rektor müavini professor Dr. Mustafa Fadıl Sözen, rektor müavini professor Dr. Kerim Çetinkaya, baş katib Mehmet Karakaş, eləcə də akademik heyət və tələbələr iştirak ediblər.
Çıxışı zamanı professor Kaplanoğlu süni intellektin səhiyyə sistemlərinə inteqrasiyasını, xəstə izlənməsindən diaqnoza qədər olan mərhələlərdəki rolunu və bu sahədə gələcək inkişaf perspektivlərini izah edib.
Robotik reabilitasiya layihələri
Kaplanoğlu xüsusilə robotik reabilitasiya, EMG/EEG idarəetməli protezlər, aktiv ortez sistemləri və ağıllı avtomatlaşdırma texnologiyaları sahələrində aparılan layihələrdən nümunələr təqdim edib. Türkiyə və xaricdə həyata keçirdiyi tədqiqatlardan danışan alim, süni intellekt dəstəkli sistemlərin xəstələrin həyat keyfiyyətinə təsirini vurğulayıb.
Konfrans iştirakçıların böyük marağı ilə keçən sual-cavab sessiyası ilə davam edib.
Tədbirin sonunda professor Dr. Mustafa Fadıl Sözen və İlker Tuncay tərəfindən professor Kaplanoğluna təşəkkür sənədi və gül buketi təqdim olunub. Universitet rəhbərliyi onun elmi və akademik töhfələrinə görə minnətdarlıqlarını bildirib.
Professor Erkan Kaplanoğlunun elmi fəaliyyəti
Professor Dr. Erkan Kaplanoğlu bakalavr, magistratura və doktorantura təhsilini Marmara Universitetində tamamlayıb. 2006-cı ildə kompüter-nəzarət sistemləri üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsi alıb. 2010-cu ildə Norveç Hökuməti tərəfindən təqdim edilən YGGDRASIL mükafatına layiq görülüb.
Doktorantura sonrası Vanderbilt Universitetində biomekatronika sahəsində araşdırmalar aparıb və 2013-cü ildə Marmara Universitetində Biomekatronik Sistemlər Laboratoriyasını yaradıb. O, həm TÜBİTAK, həm də Avropa İttifaqı tərəfindən dəstəklənən layihələrdə iştirak edib.
2019-cu ildən bəri Tennessee Universitetində (Chattanooga) professor kimi fəaliyyət göstərən Kaplanoğlu burada qurduğu Biomechatronics and Assistive Technology Lab laboratoriyasında səhiyyə texnologiyaları üzrə layihələr həyata keçirir.
Onun EMG/EEG idarəetməli protezlər, aktiv ortez sistemləri, robotik reabilitasiya və ağıllı avtomatlaşdırma sahələrində çoxsaylı elmi məqalələri var. Professor həmçinin “Hibrid Protez Əl” və “Bel Ağrısı Terapiya Sistemi” mövzularında patentlərin, eləcə də “Biyomekatronik” adlı kitabın müəllifidir.

Bizə yazın