•  +994 50 359 69 75
  • mediaservis.az@gmail.com
Sosial şəbəkələrdə:
Rəqabət Məcəlləsində nəzərdə tutulan tələblərə dair maarifləndirici görüş - FOTO

Maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun Fəaliyyət Planının tələblərinə əsasən təşkil olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində dövlət qurumlarının, yerli icra hakimiyyətlərinin, eləcə də özəl sektor və beynəlxalq şirkətlərin nümayəndələrinin iştirakı ilə Rəqabət Məcəlləsində nəzərdə tutulan tələblərə dair maarifləndirici görüş keçirilib. 

Agentlikdən Mediaservis.az-a bildirilib ki, 40-a yaxın nümayəndənin qatıldığı görüşdə Agentliyin Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri Şəmsi Rzalı “Dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin tənzimlənməsinin təşkili üzrə rəqabət orqanı tərəfindən nəzarət tədbirlərinin həyata keçirilməsi metodları” mövzusunda təqdimatla çıxış edib. 

Çıxış zamanı ölkəmizdə rəqabət siyasətinin əsas prinsipləri iştriakçıların diqqətinə çatdırılıb, dövlət orqanları, yerli özünüidarəetmə orqanları, eləcə də tənzimləyici qurumların rəqabət qanunvericiliyinə zidd hərəkətləri və ya hərəkətsizliyi ilə bağlı məlumat verilib, subsidiyaların və digər dövlət yardımlarının verilməsi, bu sahədə tənzimləmə fəaliyyətinin rəqabətə təsirlərinin qiymətləndirilməsi məsələləri izah edilib.

Görüşdə, həmçinin rəqabət qanunvericiliyinin tələblərinin pozulmasına görə nəzərdə tutulmuş məsuliyyət tədbirləri, eləcə də dövlət orqanlarının rəqabəti pozan davranışlarına qarşı sanksiya və göstərişlərin tətbiqi mexanizmləri iştirakçıların diqqətinə çatdırılıb.

Bizə yazın